Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
4 May , 2020

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev rəhbərliyi ilə Bərdə rayon mədəniyyət müəssisələri üzrə onlayn formatda seminar-müşavirə keçirib.
     Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filialları da onlayn keçirilən seminar-müşavirədə iştirak edib.
     Regional idarənin rəisi onlayn formatda keçirilən seminar-müşavirədə Bərdə rayonunda yerləşən mədəniyyət müəssisələrində dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı olan ahıl, tənha yaşayan, aztəminatlı və sosial dəstəyə ehtiyacı olan insanlara yardımların davamlı olaraq edilməsi və onlarla onlayn əlaqə saxlanılması, mədəniyyət mərkəzlərinin və kitabxanaların fəaliyyətinin genişləndirilməsi və onların onlayn şəkildə xidmətlər göstərməsi, videoçarxların yüksək səviyyədə hazırlanması və Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrə qoşularaq bu sahədə aparılan işlərin müntəzəm olaraq həyata keçirilməsini müəssisə rəhbərlərinin diqqətinə çatdırıb.

     Sonda mədəniyyət müəssisələrinin rəhbərlərinin karantin dövründə görülmüş işlər barədə hesabatları, sual və təklifləri dinlənilib.

Foto Qalereya