Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
15 Yanvar , 2020
15 yanvar 2020- ci il tarixdə Bərdə rayon MKS- nin Samux kənd kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar "İstiqlala can atan xalqın mübarizliyinin zəfər günü" adı altında sərgi və söhbət təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Salmanova Sevinc açaraq qeyd etdi ki, 20 Yanvar gecəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq
 başını dik tutur. Çunki vətən və torpaq şəhidləri ilə ucalır. 30 il öncə Azərbaycan xalqının talehində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl Ordusunun ", sovet hərb maşınının hücumuna məruz qalmış, təcavüzə uğramış, günahsız insanlar gülləboran edilmişdir. Unutmayaq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür.
Foto Qalereya