Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
14 Yanvar , 2020
14 yanvar 2020- ci il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar Azərbaycan Milli Qəhramanı Elgiz Kərimov adına 4 saylı şəhər tam orta məktəbdə “Qanlı yanvar faciəsi” adlı sərgi təşkil edildi. 
     Sərgidə şair və yazıçılarımızın 20 yanvar hadisəsini əks etdirən kitabları nümayiş etdirilmişdir. Sərgiyə baxış zamanı məktəblilərə məlumat verən oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova bildirdi ki, 30 il əvvəl 20 Yanvar tarixi xalqımızın tarixinə ən faciəli günlərdən biri kimi daxil olduğunu söylədi. O, söylədi ki, bu tarixi həm də vətənpərvər Azərbaycan övladlarının qəhrəmanlıq tarixi kimi xalqımız qeyd edir.İndi paytaxtımızdakı Şəhidlər Xiyabanı bizim and yerimiz quru mənbəyimizdir. Hər il 20 Yanvar tarixində minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün şəhidlər xiyabanını ziyarət edirlər. İllər keçəcək, nəsillər dəyişəcək ancaq vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır
Foto Qalereya