Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
14 Yanvar , 2020
14 yanvar 2020 - ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi 10 nömrəli uşaq bağçası körpələr evində "Mənim sehirli boxçam" adı altında tədbir təşkil etmişdir.
     Bildiyimiz kimi uşaqların gələcək dünya görüşünün formalaşmasında, onun layiqli vətəndaş kimi böyüməsində uşaq ədəbiyyatını əvəz edə biləcək ikinci vasitə olmadığını nəzərə alaraq uşaqlara hələ kiçik yaşlarında kitabla təmas qurmaq, onu sevdirmək və kitabın möcuzəli bir aləm olduğunu onlara çatdırmaq üç
ün müxtəlif təbliğat formalarından istifadə etmək lazımdır. Kitab əlinə almaq, ona toxunmaq və içindəki sehirli aləmi onlara izah etmək üçün onu oxumaq və izah etmək lazımdır.
     Bunu nəzərə alan kitabxana tez- tez uşaq bağçası və körpələr evində olur. Kitablar haqqında uşaqlara məlumat verərək ucadan oxular və oyunlar təşkil edir. Bu gün kitabxana işçiləri 10 nömrəli uşaq bağçası körpələr evində olmuşdur.
     Uşaq şöbəsinin müdiri Sevda Süleymanova uşaqları salamlayaraq onlara kitabxana haqqında danışdı. O, uşaqlara daha da çox nağıl, şeirlər öyrənməyi tövsiyə etdi.
     Kitabxanaçı Gülsüm Mustafayeva uşaqları kitablarla tanış edərək, onlara şeirlər və nağıl oxudu.
     Xalqın xoşbəxt gələcəyi uşaqların yaxşı tərbiyə olunmasından asılıdır. Yaxşı kitab həm yaxşı dost, həm də yaxşı tərbiyəçidir. Bağçalarda təşkil edilən səyyar kitabxana xidməti işi də bu məqsədi daşıyaraq həyata keçirir.
Foto Qalereya