Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
10 Yanvar , 2020
10 yanvar 2020-ci il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana “Könüllülərin kitab təbliğində rolu” adı altında dəyirmi masa təşkil etmişdir. 
     Tədbirdə ASAN xidmətin könüllüləri iştirak edirdi.
    Tədbiri giriş sözü ilə MKS- nın direktoru Havva Mirzəyeva açaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, ölkəmizdə könüllülər vətənimizin qorunmasında və inkişafınd
a, milli- mənəvi dəyərlərimizin təbliğində, ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərmişdir.
     Sərəncamda qeyd edilir ki, könüllülərimiz öz kretivliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verərək beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışdır.
     Bərdə rayon Mərkəzi kitabxanası da öz növbəsində ASAN xidmətin könülləri ilə bir sıra tədbirlər hazırlayıb keçirmişdir. Əlbətdə ki, bunun böyük əhəmiyyəti olmuşdur. Dünyada kitab və mütaliə qlobal əhəmiyyətli bir məsələyə çevrilmişdir. Dünyada informasiyanın və informasiya vasitələrinin bolluğu gənclərin dünyagörüşlərinə təsirsiz ötüşmür. Bəzən bu informasiyalardan doğru düzgün nəticə çıxarmaqda çətinlik yaranır. Buna görə də çoxlu kitab oxumaq, mütaliə etmək bizə hadisələrdən düzgün nəticə çıxarmağa kömək edir. Bu mənada könüllülərimiz kitab təbliğində təbliğat sahələrinə innovasiyaların tətbiq edilməsində fəal iştirak etməlidirlər.
     Könüllülərdən Şamxal Yaqubov çıxış edərək ASAN xidmət könüllülərinin kitabxana ilə sıx əməkdaşlıq etdiklərini və ASAN xidmətdə təşkil edilən səyyar kitabxana xidmətinin kitab təbliğində əhəmiyyətindən danışdı və qeyd etdi ki, 2020- ci il də birgə layihələr həyata keçirəcəyik. Nəsibə Kərimova çıxış edərək kitab təbliğində qeyri formal üsullardan istifadənin əhəmiyyəti olacağını söylədi və bu işin həyata keçirilməsinin yenu töhvələr verəcəyini qeyd etdi.
Foto Qalereya