Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
10 Yanvar , 2020
Son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
Bərdə rayon Nazırlı kənd 2 nömrəli və Ərəblər kənd tam orta məktəbləri üçün quraşdırılan modul tipli binalar tezliklə müəllim və şagirdlərin istifadəsinə veriləcək. Hər iki məktəb üçün quraşdırılan binalar 96 şagird yerlikdir. Artıq sinif otaqları, müəllimlər otağı və sanitar qovşaqdan ibarət binalarda tikinti-quraşdırma işləri başa çatıb. Məktəb binaları müasir avadanlıqlar, mərkəzləşdirilmiş istilik və müşahidə sistemləri ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.
Xatırladaq ki, indiyədək Bərdə rayonunun Qaratəpə, Hacılar, İmamqulubəyli, Nəcəfqulubəyli, Böyük Qacar və Təhlə kəndlərində də modul tipli məktəblər quraşdırılaraq istifadəyə verilib.

Nigar