Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
28 Dekabr , 2019
28 dekabr 2019-cu il tarixdə Kolayır kənd kitabxananın filialı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə "Bir olaq yumruq olaq" adı altında dəyirmi masa təşkil etdi.
     Kitabxananın müdiri Elza Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik gününün yaranması haqqında məlumat verdi. O, qeyd etdi ki, həmrəylik milli birlik, Azərbaycanda milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
     Azərbaycan bütün azərbaycanlıların vətənidir. Dünya Azərbaycanlıları Azərbaycanın inkişafında, siyasi məsələlərin həllində yaxından iştirak edir.Biz çalışmalıyıq ki, Müstəqil Azərbaycan günü gündən inkişaf etsin, vətənimizin gələcəyi olan gənclər bilikli, dünyagörüşlü olsun.Bunun üçün uşaqlarımıza və gənclərimizə kitabı sevməyi, çoxlu mütaliə etməyi aşılamalıyıq.
Foto Qalereya