Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 Dekabr , 2019
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşlər davam etdirilir.
Növbəti görüşlər rayonun Soğanverdilər, Şahvəlilər, Mustafaağalı kəndində keçirilib. Tədbirlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Səba Məmmədova, Cavid İbişov, Şəmil Behbudov, Liza Cabbarova, Püstə Mehdiyeva, Soğanverdilər, Şahvəlilər, Mustafaağalı bələdiyyəsi üzrə namizədlərdən Hidayət Məmmədov, Sənubər Fətəliyeva, Cehunə Baxışova, İsmayıl Nəsirov, Rasif Məmmədov, Ülvi Cavadov çıxış edərək bildiriblər ki, bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Natiqlər “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandıqlarını bildirərək, seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.