Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
12 Dekabr , 2019
YAP Bərdə rayon təşkilatının Gənclər Birliyi Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının Gənclər Birliyi şəhər 6 saylı tam orta məktəblə birgə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, şəhər 6 saylı məktəbin direktoru Elşad Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, müdrik rəhbərin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşdirilməsindəki xidmətlərindən danışıblar. Qeyd olunub ki, güclü, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin qüdrəti daha da artıb, onun dünya dövlətləri sırasında mövqeyi daha da güclənib.
Tədbirin sonunda məktəblilər kompozisiya ilə çıxış ediblər.