Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
6 Dekabr , 2019
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Kələntərli, Alaçadırlı və Kətəlparaq kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində Kələntərli, Alaçadırlı və Kətəlparaq kəndlərində keçirilmiş yığıncaqlarda YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvlərindən Cavid İbişov, Şamil Behbudov, Xosrov Musayev, Kələntərli, Alaçadırlı, Kətəlparaq bələdiyyələri üzrə namizədlərdən Aydın Abbasov, Pərvanə Əliyeva, Rəfayıl Əliyev, Talıb Allahyarov, Aytəkin Nadirova, Sahib Həbibov, Seyfulla Abbasov çıxış ediblər.
Onlar çıxışlarında Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə bütün siyasi proseslərin mərkəzində dayandığını bildirərək kənd sakinlərini seçici fəallığına, xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.