Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
2 Dekabr , 2019
2 dekabr 2019-cu il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana Beynəlxalq Əlillər Günü ilə əlaqədar "Əlillərə dövlət qayğısı" adı altında, Azərbaycan Respublikası Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai birliyi ilə birlikdə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirmişdir.
     Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq salamladı və qeyd etdi ki, 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü kimi qeyd edilir. İndi dünya əhalisini
n təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.Əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşır.
     Sonra ƏBƏUİ birliyinin sədri Səfərov Samir bu görüşün təşkilinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu sahədə də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.
     ƏBƏUİ birliyinin sədr müavini Rizvan Qasımov,Bərdə rayon 2 nömrəli şəhər kitabxana filialının müdiri Xədicə Məmmədova və Aqşin Hacızadə çıxış edərək əlilliyi olan insanlara bu günkü gün Dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, sosial məişət şəraitinin yaxşılaşdırılmasından və bu istiqamətdə görülən işlərdən bəhs etdilər.
     Sonda Qarabağ müharibəsi veteranı Aqşin Hacızadə “Sizə əlil demərəm” şerini söylədi.
     Tədbir iştirakçıları Aprel döyüşləri iştirakçısı polkovnik leytenant Samir Səfərovun Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai birliyinin Qarabağ Regionu üzrə sədri seçilməsi münasibətilə təbrik etdilər.
Foto Qalereya