Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
2 Dekabr , 2019
02 dekabr 2019- cu il tarixdə Bərdə rayon MKS-nin Lənbəran kənd kitabxana filialı görkəmli yazıçı Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "Cəfər Cabbarlının sözünün işığında" adı altında söhbət təşkil etmişdir.
     Tədbiri kitabxananın kitabxanaçısı Şəmilzadə Şövqiyyə açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.
     Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasında
kı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.
Foto Qalereya