Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
28 Noyabr , 2019
28 noyabr 2019-cu il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsurlu uşaqları olan ailələrə səyyar kitabxana xidməti göstərmişdir.
     Fiziki imkanları məhdud olan uşaqların qayğıya ehtiyacı var. Onlarda nəcib ürək, saf duyğular, yüksək bilik, bacarıq və intellektual qabliyyətlər vardır. Belə insanlar həmişə isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
     Ölkəmizdə də əlillərə xüsusi q
ayğı və diqqət vardır. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilir.
     Biz kitabxanaçılar cəmiyyətin kiçik yaşlı əlillərinə kitabxana xidmətini diqqət mərkəzində saxlayırıq. Belə ki, kitabxanada fiziki qüsurlu uşaqlara səyyar xidmət işi təşkil edilmişdir. Mütamadi olaraq onları maraqlı kitablarla təmin edirik, onların çəkdikləri rəsimlərin sərgisini təşkil edirik. Nəzərə alaraq ki, mütaliə uşaqların nitqini həm formalaşdırır, həm də zənginləşdirir, zövq və təfəkkürü tərbiyə edir, uşaqların dünyagörüşünü artırır, intellektini sürətlə inkişaf etdirir.
     Bu gün biz Zəhra və Zərnişan bacılarına kitabxanaya yeni daxil olan ədəbiyyat barədə maraqlı məlumat verdik və onlara nümunələr apardıq. Hər iki uşaq fiziki qüsurludurlar. Zərnişanın sağlamlıq durumu Zəhraya nisbətən yaxşıdır. Zərnişan nağıllar, tapmacalar söylədi. Sonra kitabxanaçı Aygün Süleymanova “Qaranquş və göyərçin” nağılını ucadan oxudu.Zərnişanın nağıl çox xoşuna gəldi. Uşaqlar çox sevindilər.
     Bu günün məqsədi cəmiyyəti əllik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır və onlara qayğı göstərməkdir.
Foto Qalereya