Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
27 Noyabr , 2019
27 noyabr 2019- cu il tarixində Bərdə rayon MKS-nin Lək kənd kitabxana filialı Uşaqlarda hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədilə "Torpaq uğrunda ölən varsa Vətəndir" adı altında söhbət təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Məmmədova Zərifə açaraq qeyd etdi ki,vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl
, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. . Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Zərifə xanım uşaqlara vətəni anaları tək sevməyi, onun inkişafı üçün yaxşı oxumağı, vətənə layiqli övlad olmağı tövsiyə etdi.
     Sonra uşaqlar Vətənə həsr edilmiş şeirlər söylədilər.
Foto Qalereya