Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
27 Noyabr , 2019
27 noyabr 2019- cu il tarixində Bərdə rayon MKS-nin Samux kənd kitabxana filialı görkəmli yazıçı,dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "XX əsr Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlı - 120" adı altında sərgi və söhbət təşkil etmişdir.
     Tədbiri kənd kitabxana filialının müdiri Salmanova Sevinc açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.
     Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni
, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
     Bir əsrdir ki, Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında C.Cabbarlının pyesləri əvəzsiz rol oynayır. Onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrlarının səhnəsinin bəzəyidir.
Foto Qalereya