Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
27 Sentyabr , 2019
27 sentyabr 2019-cu il tarixdə Bərdə rayon MKS- nin Hüseynbəyli kənd kitabxana filialı Beynəlxalq Turizm günü münasibətilə "27 sentyabr- Beynəlxalq Turizm günüdür" adı altında söhbət təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Şəfiyeva Lətafət açaraq rayonumuzun yaranma tarixi və onun tarixi abidələri haqqında məlumat verərək qeyd etdi ki, Bərdə çox qədim rayondur. Bərdə təxminən 3 min illik tarixə malikdir.
     Kitabxanaçı Məmmədova Sevda çıxış edərək qeyd etdi ki,rayonun mərk
əzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
     Şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanıb.
     Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər.Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur
Foto Qalereya