Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
8 İyun , 2019
YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbiri açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın avanqard gənclər təşkilatıdır. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir.
Konfransda YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 11 min 257 nəfər üzvündən 3455-i gənclərdir.
Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Tamam Hüsüzadə, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış ediblər.
Sonra konfransın qərar layihəsi qəbul edilib.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin dövlət müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərindən, dövlətimizin gələcəyinin daha parlaq olacağından danışıblar. Çıxışlarda Bərdə rayon gənclərinin rayonun ictimai-siyasi həyatındakı fəallığı da yüksək qiymətləndirilib.
Qeyd edək ki, konfransda təşkilati məsələlərə baxılıb. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin 17 nəfər Şura üzvü, 9 nəfər İdarə Heyəti seçilib. Elşən Məmmədov YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri, Fuad Ağayev və Nərgiz Quliyeva isə sədr müavinləri seçiliblər. İki nəfər isə YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndə seçilib.
Konfransda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.