Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
4 İyun , 2019
04.06.2019-cu il tarixdə Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon MKS-nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Oxu bayramı" keçirildi.
     Tədbirdə müxtəlif mövzulara həsr edilmiş sərgilərlə yanaşı çoxlu sayda uşaq ədəbiyyatı, dünya və xarici ölkə klassiklərinin əsərləri və müxtəlif elm sahələrinə aid ədəbiyyat nümayiş olunurdu. 
     Bu il böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan etməsi ilə əlaqədar olaraq kompozisiyalar təşkil edilmiş, Nəsiminin qəzəlləri söylənmiş və böyük konsert proqramı ilə başa çatmışdır.
     Heydər Əliyev adına Park-bulvarda təşkil edilmiş bu bayramda əsas məqsəd yeniyetmələrdə və gənclərdə mütaliəyə həvəs yaratmaqdır.
Foto Qalereya