Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
8 May , 2019
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rayonun orta ümumtəhsil məktəblərinin komandaları arasında şahmat turniridir.
Turnirin açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər bir vətəndaş üçün məktəbdir. Onun sözlərinə görə, Heydər Əliyev ideyaları bu gün müstəqil Azərbaycanın inkişafının, uğurlarının əsasını təşkil edir: “Biz bütün uğurlarımız üçün Ulu Öndərin müdrik siyasətinə, parlaq ideyalarına minnətdarıq. Ulu Öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır”.
Daha sonra rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixdə elə şəxsiyyətlərdəndir ki, Onun əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Bu yarışların keçirilməsi də gənclərə və idmana hər zaman çox böyük diqqət və qayğı nümunəsi göstərmiş Ümummilli Liderin əziz xatirəsinə ehtiramı bildirir.
Qeyd edək ki, turnirin yekununda qaliblər YAP Bərdə rayon təşkilatının qiymətli hədiyyələri və diplomları ilə təltif ediliblər.