Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 Aprel , 2019

Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi uğurla davam edir. Bu həftə Bərdə rayonunda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. 

     Bərdədə Qərb və Qarabağ bölgəsində fəaliyyət göstərən 16 Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına, Aqrar İnkişaf Könüllülərinə və ASAN Könüllülərə EKTİS-in tətbiqi ilə bağlı xüsusi təlimlər keçirilib. Təlimlərə ümumilikdə 60-dək şəxs cəlb olunub. Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları iştirakçılara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığını izah ediblər.