Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
İnsan hüquqları
20 Fevral , 2015

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.

Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.

Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin «Minilliyin inkişaf məqsədlərinin» və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının məhkəmələrinə və Baş Prokurorluğuna isə tövsiyə edilsin ki, normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.

3. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutsun və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etsin.

4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilsin ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.

5. Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

7. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 2006-cı il

№ 1880

«Respublika» qəzetində dərc edilmişdir (29 dekabr 2006-cı il, № 293)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1138)

31 yanvar 2008-ci il tarixli, 705 nömrəli; 6 mart 2008-ci il tarixli, 719 nömrəli Fərmanlara; 21 dekabr 2009-cu il tarixli, 653 nömrəli Sərəncama əsasən dəyişikliklər və əlavələrlə


Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə
Milli Fəaliyyət Planı

Tədbirlər

İcra müddəti

İcra orqanları

I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyət

1.

Qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması

Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Aparatı

2.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi

Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Xarici İşlər Nazirliyi

3.

Azərbaycan Respublikasının tərəfdar çıxmadığı insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional konvensiyaların nəzərdən keçirilməsi və həmin sənədlərə ölkəmizin qoşulması istiqamətində tədbirlərin görülməsi

Mütəmadi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

4.

Avropa Şurası ilə birlikdə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklərin, habelə «Alternativ xidmət haqqında», «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihələrinin hazırlanması

2007-2008

Müvafiq işçi qruplar

5.

«Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında» qanun layihəsinin hazırlanması

2007

Müvafiq işçi qruplar

II. İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq

6.

BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları ilə, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq strategiyalarının hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi

2007-2010

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi və aidiyyəti orqanlar

7.

İnsan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla (BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, ATƏT, Avropa Şurası və digər ixtisaslaşdırılmış qurumlar), habelə milli təsisatlarla birgə layihələrin təşviq olunması və səmərəliliyinin artırılması

2007-2010

Xarici işlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və aidiyyəti orqanlar

8.

Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış Komitələrinə verilən hesabatlarının hazırlanması işinə insan hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən əlaqədar qeyri-hökumət qurumlarının cəlb edilməsi

Mütəmadi

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

9.

BMT-nin «Minilliyin inkişaf məqsədləri»nin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq mexanizminin işlənib hazırlanması və əlaqələrinin yaradılması

2007

Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, İ nsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

III. Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər

10.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə Beynəlxalq təşkilatlarda məsələnin qaldırılması

2007-2009

Prezidentin İcra Aparatı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və aidiyyəti orqanlar

11.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi

Mütəmadi

Prezidentin İcra Aparatı, Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası

12.

Sahibkarların hüquqlarının müdafiəsini daha da möhkəmləndirməsi

Mütəmadi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi

13.

Xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsini çəkilməsi üçün vətəndaş olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və müvafıq təhlillərin aparılması

Mütəmadi

Ədliyyə Nazirliyi

14.

Azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi

2007-2009

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

15.

Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi işinin davam etdirilməsi

2007-2010

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

16.

Azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi

2007-2009

Ədliyyə Nazirliyi

17.

Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkil edilməsi

Mütəmadi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi

18.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Mülki və siyasi hüquqlar, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktlardan, Uşaq hüquqları haqqında, Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyadan, habelə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyaya İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokoldan irəli gələn öhdəliklərin tam həcmində yerinə yetirilməsi və həmin sənədlərə riayət olunmasının təmin edilməsi

2007-2008

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

19.

Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi

Mütəmadi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

20.

Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində QHT və beynəlxalq təşkilatlarla əməkdaşlıq

Mütəmadi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi

21.

Əhalinin hüquqi yardım almaq hüququndan daha səmərəli istifadə etməsinə kömək etmək məqsədilə və həmçinin hüquq fakültəsi tələbələrinin peşə vərdişlərinə yiyələnmək məqsədilə ali təhsil müəssisələrinin hüquq fakültələri nəzdində «Hüquq Klinikalarının» yaradılması və fəaliyyətlərinə kömək göstərilməsi

2007-2010

Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

IV. Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində tədbirlər

22.

Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi

Mütəmadi

Baş Prokurorluq

23.

Korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin daha da inkişaf etdirilməsi, habelə bu sahədə institusional islahatların davam etdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsinin davam etdirilməsi

Mütəmadi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

24.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün Milli Fəaliyyət Planının hazırlanması

2007

Müvafiq işçi qrup

25.

Məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılması

2007

Ədliyyə Nazirliyi

26.

Hakimlərin və hakimliyə namizədlərin, hüquq mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi

Mütəmadi

Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası

27.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması məqsədilə tədbirlərin keçirilməsi

Mütəmadi

Məhkəmə-Hüquq Şurası

28.

İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması

Mütəmadi

Ədliyyə Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat institutu

29.

Azərbaycan Respublikasında vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə əhalinin hüquqi yardım almaq imkanının təmin edilməsi məqsədilə bölgələrdə peşəkar vəkillərin sayının artırılması

2007-2008

Vəkillər Kollegiyası

30.

Seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin aparılmasına dair maarifləndirmə işinin aparılması

Mütəmadi

Mərkəzi Seçki Komissiyası və aidiyyəti orqanlar

31.

Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi

Mütəmadi

Prezidentin İcra Aparatı, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

V. İnsan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri

32.

BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş «İnsan hüquqları sahəsində maarifləndirmə» və «İnsan hüquqları sahəsində təhsil», YUNESKO-nun «Davamlı İnkişaf naminə təhsil» onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması

2007-2008

Təhsil Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

33.

Orta və ali məktəblərdə insan hüquqlarının tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi

2007-2008

Nazirlər Kabineti, Təhsil Nazirliyi

34.

Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

35.

İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin və ədəbiyyatların hazırlanması və nəşri

2007-2008

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının insan hüquqları üzrə Elmi-Tədqiqat institutu

36.

İnsan hüquqları tədrisinin adi və interaktiv üsullarla həyata keçirilməsi, bu prosesdə xüsusi metodikanın hazırlanması

2007-2008

Təhsil Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

37.

Ali təhsil və elm ocaqlarında insan hüquqları və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması

Mütəmadi

Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası

38.

YUNESKO-nun «Təhsil hamı üçün» prinsipinin təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün həmin qrup və yerli icmaların köməyindən istifadə etməklə hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması

2007-2008

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və aidiyyəti orqanlar

39.

Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədilə Azərbaycan Respublikasının şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Ədliyyə Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və aidiyyəti orqanlar

40.

Hüquqi maarifləndirmə məqsədilə müxtəlif çap məhsullarının — kitabların, bukletlərin, bülletenlərin hazırlanması, plakatların nəşr edilməsi və əhali arasında yayılması işinin təşkili

2007

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat institutu

41.

İnsan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması

Mütəmadi

Prezidentin icra Aparatı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prokurorluq Orqanları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və aidiyyəti orqanlar

42.

İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın gücləndirilməsi mövzularında beynəlxalq tədbirlərin (dəyirmi masa, seminar, konfrans və s.) həyata keçirilməsi

2007-2010

Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

43.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan dilinə tərcümə edilməsi

Mütəmadi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi və aidiyyəti orqanlar

44.

İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, Ombudsman Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri tərəfindən, öyrənilməsinin təşkil olunması, müvafiq təhsil müəssisələrinin ədəbiyyat fondunun zənginləşdirilməsi

2007-2008

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Vəkillər Kollegiyası

45.

İnsan hüquqları sahəsində ixtisaslaşmış milli və beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi

Mütəmadi

Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

46.

İnsan hüquqları üzrə ixtisaslaşmış kitabxananın yaradılması

2007

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

47.

Kütləvi informasiya vasitələrində insan hüquqları sahəsində məsələlərin geniş işıqlandırılması, bu məqsədlə televiziya və radio saatlarının təşkili, qəzetlərdə hüquq guşəsinin yaradılması. KİV nümayəndələri üçün insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Mütəmadi

Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası

48.

İnsan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, onların nəticələri və digər məsələləri əks etdirən internet səhifələrinin yaradılması

2007-2008

Prezidentin İcra Aparatı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)