Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
15 Aprel , 2019

15.04.2019-cu il tarixdə Bərdə rayon MKS- nin Yeni Əyircə kənd kitabxana filialı yeniyetmələrə, gənclərə vətənpərvərlik hissini aşılamaq məqsədilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adı altında açıq havada söhbət təşkil etmişdir. 
     Tədbiri kitabxananın müdiri Şükürova Həqiqət açaraq qeyd etdi ki, ulu öndərin bu kəlamı hamımız üçün bir örnəkdir. Biz vətənimizi sevməliyik ki, onu qoruya bilək.
     Sonra məktəbin tarix müəllimi Lamiyyə müəllimə qeyd etdi ki, hər bir azərbaycanlı öz peşəsindən asılı olmayaraq vətənə layiqincə xidmət etməlidir. Biz bu vətənin övladlarıyıq. Lazım gələrsə vətən uğrunda canımızdan keçməyə hər zaman hazır olmalıyıq.
     Sonra məktəblilər kitabxananın fondu ilə yaxından tanış oldular. Vətənpərvərlik mövzusunda olan kitablarla maraqlandılar.

Foto Qalereya