Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
25 Yanvar , 2019
Bərdə rayon Dəymədağıldı kənd tam orta məktəbində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, məktəblilər, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Bərdə şəhidlərin ruhuna dua oxunub.

Tədbirdə Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, abidənin tikilməsinin təşəbbüskarı, Qarabağ döyüşlərinin iştirakçısı olmuş Elxan Kərimov və şəhidlərin ailə üzvləri çıxış edərək, şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb, onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq hər birimizin ümdə vəzifəsi olmalıdır.

Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiya ilə başa çatıb