Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Şəhidlərimiz
28 Yanvar , 2019

Ziya Həsənov

Həyatı

Ziya Həsənov 1989-cu ilin 11 oktyabr günündə Ağdam şəhərində anadan olub. 2016-cı ilin 8 iyun günündə Ziya Həsənovun ölümündən sonra Yağmur adında qız övladı dünyaya gəldi.

Hərbi xidməti

Baş leytenant Ziya Həsənov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Həsənov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ziya Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

 

 

Səbuhi Musayev

Həyatı

Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti

Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.