Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
23 Noyabr , 2018
YAP Bərdə rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası xalqın ən böyük siyasi istinadgah yeridir: “Müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli yüksəliş yolu Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarını dönmədən uğurla həyata keçirən Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq Azərbaycanın əldə etdiyi uğurların şəriksiz müəllifidir və gələcəyə inamın, daha böyük uğurların, mühüm zəfərlərin təminatçısıdır”.
F.Şadlinskaya bildirib ki, bu gün YAP Bərdə rayon təşkilatının 11 221 nəfər üzvü var. Onlardan 4650 nəfərini qadınlar, 3800 nəfərini gənclər təşkil edir: “Biz Yeni Azərbaycan Partiyasının üzvü olmağımızla fəxr edir, qürur duyur və partiyamızın Sədrinin ətrafında sıx birləşərək Onu dəstəkləyirik”.
Tədbirdə YAP Bərdə rayon təşkilatının üzvləri Zeynəb Qasımova, Elşən Məmmədov, Zərifə Məmmədova, Şəmil Ziyadov və Rzaqulu Şərifov da çıxış ediblər.
Sonra YAP sıralarına qoşulmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Tədbirdə həmçinin YAP Bərdə rayon təşkilatı tərəfindən YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual bilik və mini-futbol yarışlarının qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.
Sonda Bərdə şəhər 3 saylı tam orta məktəbinin şagirdləri ədəbi kompozisiya nümayiş etdiriblər.