Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
8 Noyabr , 2018

08 noyabr 2018-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi "Milli - mənəvi dəyərlərimiz rubrikası" altında 9 noyabr Bayraq günü münasibətilə "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir" adlı sərgi təşkil etmişdir. 
     Tədbirdə Azərbaycan dövlət rəmzi olan bayrağımız, onun yaranma tarixi haqında uşaq şöbəsinin müdiri Sevda Süleymanova geniş məlumat verdi. Sonra məktəblilərlə mövzu ətrafında söhbət aparıldı. Şagirdlərdən Həsən Babayev, Aysel Əsədzadə, Şəhriyar Tağızadə, Zakir Abbasov, Nuray Hüseynova və başqaları daha fəal iştirak etdilər.
     Tədbirdə təşkil edilmiş sərgi ilə tanış olan uşaqlar maraqlandıqları kitablar barədə suallar verməklə bərabər kitabxanaya üzv yazıldılar.

Foto Qalereya