Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
7 Noyabr , 2018

7 noyabr 2018 -ci il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunu ilə birlikdə “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində dəyirmi masa təşkil etmişdir.

     Tədbirdə rayon ziyalıları, orta məktəb müəllimləri və fəal oxucular iştirak edirdi. Tədbiri Bərdə rayon icra hakimiyətinin nümayəndəsi Asif Abbasov açaraq salamladı və Azərbaycan Respublikası Prezidentin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi sahəsində verdiyi fərmanla əlaqədar olaraq  bu tədbirin təşkil edildiyini qeyd etdi.

     Bilik Fondunun Ölkədaxili lahiyələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynova öz çıxışında qeyd etdi ki, bu günkü tədbirimiz Azərbaycan resbulika Prezidentinin 1 noyabr 2018 ci il tarixli Fərmanı ilə bağlıdır. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi Fərmandakı maddələrdə öz əksini tapdığı kimi hər yerdə bütün sahələrdə bunu nəzarət olunması əsas preativ məsələlərdən biridir.

     Sonra Azərbaycan Milli Elimlər Akademiyası Nəsimi adına dilçilik İnstutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva qeyd etdi ki,  Nəsimi adına Dilçilik İnstutu  Monitorinq şöbəsi yarandığı gündən 2013 cü ildən bu yana bu işlərlə məşğuldur.Yəni 2013 cü il  9 aprel sərəncamı ilə  imzalanmış dövlət proqramına uyğun olaraq küçə, reklam, afişalarda, kütləvi informasiya vasitələrinin dilində  elektron vasitələrdə Azərbaycan ədəbi dilinə rəayət olunması məsələsini izləyirik və bu məsələlər barədə Respublikamızın  bütün rayonlarında belə dəyirmi masaları, konfransları təşkil edirik. Bu gün də bizim məqsədimiz odur ki, Azərbaycan ədəbi dilinin normalrının gözləniliməsi ilə bağlı orta məktəb müəllimləri ilə görüşümüz olsun.

     Bizim tövsiyəmiz odur ki, şagirdlərə coxlu mütaliə etdirin ki, mütaliə vasitəsi ilə söz ehtiyatları zənginləşsin. Söz ehtiyatları zəngin olanda insan öz nitqini səlist qura bilir. Bu gün Azərbaycan ədəbi dilinin qorunması və bu sahələrdə dilimizin etik orfoqrafik normalarına rayət olunması biz dilçilərin başlıca vəzifəsidir və biz hər yerdə bu işin həyata keçməsi üçün işlərimizi görürük.

     Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova qeyd etdi ki, dilin zənginləşməsində mütaliənin rolu əvəzedilməzdir. Çoxlu mütaliə etmək insanların dünyagörnüşünü genişləndirməklə yanaşı dilimizin zənginliyinin qorunmasına da müsbət təsir edir. O, eyni zamanda müəllimlərə müraciət etdi ki, uşaqları vaxtaşırı kitabxanalara ekuskursiyaya gətirməklə onlarda kitaba və mütaliəyə maraq oyatmaq mühüm vəzifələrdən biridir. 

Foto Qalereya