Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
7 Noyabr , 2018

07 noyabr 2018 –ci il tarixdə Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı Azərbaycan Respublikasının Dövlət bayrağının 100 illiyi ilə əlaqədar “Ey sevgili bayrağım” adı altında şeir saatı təşkil etdi.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıldı.

     Sonra kitabxananın müdiri Xədicə Məmmədova oxuculara Azərbaycan Respublikasının dövlət Bayrağının yaranma tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

     Fəal oxuculardan Mahir Əliyev, Bəbirova Xatirə, Abbasova Fəridə, Məmmədli Fidan Azərbaycan Respublikasının görkəmli şairlərinin xüsusilə Əhməd Cavad, Sabir Rüstəmxanlı, Rəfiq Zəka və başqa şairlərin şeirlərini söylədilər.

     Kitabxanada təşkil edilmiş “ Ey sevgili bayrağım” adlı sərgi oxucuların marağına səbəb oldu.

Foto Qalereya