Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
6 Noyabr , 2018

06.11.2018-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların intellektual və estetik inkişafında mütaliənin və kitabın rolunun əvəzedilməz olduğunu nəzərə alaraq "Kitabın möcüzəsi" adı altında "Nağıl otağı"nda ucadan oxu təşkil etmişdir. Tədbirdə uşaqlar Azərbaycan və dünya xalqlarının nağıl və dastanları ilə tanış olmaqla yanaşı "Quş dili bilən İsgəndər", "Taxta qılınc", "Qızıl ilan" nağıllarından, "Novruz", "Lətif şah", "Şahzadə Əbülfəz", Skandinaviya dastanlarından müəyyən parçaları ucadan oxudular.

Foto Qalereya