Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
5 Noyabr , 2018
05.11.2018-ci il tarixində Bərdə rayon MKS-nin 2 №- li şəhər kitabxana filialında Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar “Hüquq hamı üçündür” adlı sərgi və söhbət təşkil edildi.
     Ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin mühüm vəzifələrindən biridir. Belə ki, Konstutsiyanın 17-ci maddəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini təmin edir.
     Son illər uşaq hüquqlarının müdafiəsi istiqamətində bir çox mühüm sənədlər, sosial proqramlar həyata keçirilir. Bu sənədlərdə uşağın mənafeyi naminə, onun hüquqlarının üstünlüyü prinsipi əsas götürülür.
     Kitabxanada bu sahədə uşaqların hüquqi cəhətdən maariflənməsi prinsipini əsas götürərək onlarla söhbət və “Hüquq hamı üçündür” adlı sərgi təşkil edildi
Foto Qalereya