Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
27 Aprel , 2018
YAP Bərdə rayon təşkilatı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir. Bu tədbirlərin tərkib hissəsi olaraq rayonun 16 məktəbini əhatə edən və üç gün davam edəcək futbol turnirinə start verilib.
Turnirin açılışında çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün bir ideya məktəbidir: “Heydər Əliyev ideyaları bu gün müstəqil Azərbaycanın inkişafının, qələbəsinin əsasıdır, təntənəsidr. Biz bütün uğurlarımız üçün Ulu öndərin müdrik siyasətinə, parlaq ideyalarına borcluyuq. Ulu öndər Heydər Əliyevin əziz xairəsi, nurlu ideyaları əbədi yaşayacaq. Ulu öndərin anadan olmasının 95-ci ildönümü bütün dünya azərbaycanlıları və respublikamızın hər yerində təntənə ilə qeyd olunur”.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, belə turnirlər gənc nəsildə Heydər Əliyev ideyalarına sadiqliyi aşılayır