Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
7 Mart , 2018

07.03.2018-ci il tarixdə Bərdə rayon Samux kənd kitabxana filialı 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə "Qadınlar ən fəal ictimayyətçidir" adı altında söhbət təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Salmanova Sevinc açaraq qadınları bayram münasibətilə təbrik etdi və onlara xoşbəxtlik, həyatlarında uğurlar arzuladı. Sonra bu bayramın yaranma tarixindən danışdı.
     Sonra körpələr evinin işçisi Muradova Xumarə çıxış edərək qadınlara qarşı törədilən zorakılıqdan, qadınlarımızın müasir cəmiyyətdəki rolundan danışdı.
     Sonra məktəblilərdən Əhmədli Şəmsiyyə Xəlil Rzanın "Ana məktubu" şeiri, Ələkbərli Elxan Rəsul Rzanın "Anamın laylası" şerini, İsmayılov Fariz Cabir Novruzun "Ay ana" şerini söylədi.

Foto Qalereya