Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Fevral , 2018

  Qayğıkeş müəllim

     Şəhər 3 nömrəli orta məktəbin müəllimi Firudun Qasımovun SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanını alması münasibəti ilə akt zalında yığıncaq keçirilirdi. Məktəbin müəllim və şagirdləri sevimli müəllimlərini təbrik etməyə toplaşmışdılar. Firudun Qasımovun  yüksək mükafata layiq görülməsi hamının ürəyindən idi. Məktəbdə bayram vardı. Hər bir müəllimin,şagirdin üz-gözündə təbəssüm gəzirdi. Yığıncaq yüksək fəallıq şəraitində başa çatdı. Yığıncaqdan sonra sinəsini  “Qabaqcıl Maarif Xadimi “ döş nişanı bəzəyən Firudin Qasımov ilk dəfə əlinə jurnal götürüb sinfə girdiyi otağın qarşısından keçəndə bir anlıq dayandı. Xəyal onu bir qədər keçmişə apardı.

     ...F.Qasımov ömrünün 23-cü baharını yaşayırdı. Kirovabad Dövlət Pedoqoji İnstitunu  bitirib fizika-riyaziyyat ixtisası aldı. Onun təyinatını doğma Bərdəyə verdilər. F. Qasımov bir vaxtlar şagird kimi daxil olduğu sinif otağına indi əlində jurnal müəllim kimi girdi. O, əvvəlcə həyəcanlı hisslər keçirdi. Hiss elədi ki, müəllimlik şərəfli və çətin peşədir. Müəllimə gənc nəslin təlim tərbiyyəsi tapşırılıb. Qəlbində tərəddüdlər oyandı. Görəsən bu vəzifənin öhdəsindən gələ biləcəkmi? Əlbəttə tərəddüdlər ötəri oldu. O, həyat yolunu çoxdan seçmişdi. Lap uşaqlıqdan müəllim olmaq qəlbində yuva salmışdı. Artiq o, arzusuna çatmışdı. Elə ilk gündən dərsə həvəslə başladı. Ömrünü əbədi olaraq müəllimliyə bağladı. O vaxtdan 23 il keçir. İndi bacarıqlı müəllimlərdən söhbət düşəndə Firudin Qasımovun adı iftixarla çəkilir. O bu ad-sanı dərin biliyi, qayğıkeşliyi və narahat günləri ilə qazanmışdır. F.Qasımov 1972-ci ildən direktor müavinliyinə irəli çəkilir. F.Qasımov gənc nəslin təlim tərbiyəsində əldə etdiyi müvəffəqiyyətlərə görə SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanını almışdır. “Qabaqcıl Maarif Xadimi” adına layiq görülüb. O, Sov.İKP sıralarına qəbul edilib. Onun dərs dediyi yüzlərlə şagird ali təhsil alıb, müəllim, həkim, mühəndis kimi istehsalatda fəaliyyət göstərir.  F.Qasımovun vaxtı ilə şagirdi olmuş Umud Abbasov hazırda Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dossentidir. Təkcə 1982-83 –cü tədris ilində onun dərs dediyi şagirdlərin 10 nəfəri əla qiymətlə ali məktəbə qəbul olmuşdur.

     F.Qasımov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Şəfiqə şəhər 4 nömrəli orta məktəbdə müəllimdir. Ailədə 4 uşaq boya-başa çatır. Böyük oğlu Vaqif Azərbaycan  Dövlət Tibb İnstitutunun tələbəsidir. Vidadi  (Kalinias Lodolsk) şəhərində Ali Hərbi Məktəbdə oxuyur. Məzahir şəhər 2 nömrəli məktəbdə dərs əlaçısıdır. Qızı Zenfira gələn il birinci  sinfə getməyə hazırlaşır. Ailə müasir tipli evdə yaşayır. Soyuducu, televizor, radio, müxtəlif mebel və sair mənzilə xüsusi yaraşıq verir.

Y.Əliyev