Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Fevral , 2018

Bərdə gözəldir

     Sovet hakimiyyətinin xalqlara nə verdiyini gündən-günə böyüyən, abadlaşan, gözəlləşən qədim Bərdənin timsalında aydın görmək olar.

     Dahi Azərbaycan şairi Nizami indiki dövrdə yaşasaydı Bərdənin bu gününü yenə də ilhamla, həvəslə vəsf edərdi.

     Bərdə nə gözəldir, necə qəşəngdir,

     Yayı da, qışı da güldür, çiçəkdir.

     Sanki bu sözlər Bərdənin bu günü üçün deyilib. Bəli doğma şəhərimizin bu günü doğrudan da gözəldir. Bu gözəlliyi yaradanlar onun zəhmətsevər adamlarıdır-tərlanlarıdır, hümbətlərdir, həsənlərdir.

     Son on ildə Bərdənin siması tanınmaz dərəcədə dəyişmiş, müasir bir şəhər görkəmi almışdır. İndi rayonumuz ölkənin ən iri pambıq istehsalçısı olmaqla bərabər, r e s p u b l i k a m  ızın sənaye mərkəzlərindən biridir. "Bərdə markası" ilə buraxılan sənaye məhsulları ölkəmizdən  kənarda qardaş sosialist ölkələrində də şöhrət tapmışdır.

     İnqilabdan əvvəl cəmi bir-iki əyri, dolanbac küçəsi, binası olan Bərdə bu gün zavodlu, fabrikli şəhərə çevrilmişdir. Hazırda rayonumuzda iki dəmir- beton məmulatı zavodu, iki pambıqtəmizləmə zavodu, ağac emalı zavodu, metal plastik məmulatları zavodu, yağ-pendir kombinatı, çörək kombinatı, tikiş fabriki, xalça fabriki, 50-dən artıq müxtəlif idarə və müəssisə, pambıqçılıq texnikumu, 3 texniki peşə məktəbi, 7 orta məktəb, yeddiillik musiqi məktəbi, stadion, sanatoriya mədəniyyət evi vardır.

     Yeni tikilən beşmərtəbəli yaşayış binaları, abadlaşdırılmış küçələr, parklar xiyabanlar qədim Bərdənin gözəlliyini birəbeş artirmışdır.

     Bu şəhərin torpağı sədaqətlə, məhəbbətlə, bərəkətlə yoğrulub elə bil. Onu bir görən bir də görüm-deyir. Gözəlliyinə vurulanlar burada əbədi məskən salır, qədim şəhərin qurucularına çevrilirlər. Min nemət yetirən torpağı var Bərdənin.  AETMTİ-nin əməkdaşları tərəfindən salınmış dendroloji bağda dünyanın ən nadir ağacları bu torpaqda ünvan tapmışlar.

     Böyük Vətən müharibəsində həlak olan bərdəlilərin xatirəsinə ucaldılmış abidə kompleksi şəhər zəhmətkeşlərinin istirahət yerinə çevrilmişdir. Abidə parkda bir qoca iləsöhbət zamanı o dedi:

     -Ömrümdə Bərdədən kənarda olmamışam. Yurd həsrəti, e v  xiffəti çəkməmişəm. Amma bu gün Tərtəri görməyəndə, Xan meşəsinə baxmayanda yüz illik çinarların nəfəsini duymayanda elə bilmişəm ki,qürbətdəyəm. İndi bu abidəyə öyrəşmişəm. Həm igid-igid oğullarımızı yad edirəm,həm də dincəlirəm. Ömrü yüz olsun bunu tikənin də, tikdirənin də.

     Bərdə gündən-günə böyüyür, inkişaf edir, gözəlləşir, abadlaşır. Tikilməkdə olan ictimai binalar, abadlaşdırılan küçələr, onun günəşli sabahından xəbər verir. Bərdənin sabahı daha cazibədar olacaqdır. H ə r dənbir x ə y a l a   d a l ı b  bir neçə il irəliyə gedirəm. Özümü abidə-parkın qarşısında təsəvvür edirəm. Sıra ilə düzülmüş beşmərtəbəli yaşayış binaları, tən ortadakı doqquzmərtəbə, 1.000 yerlik mədəniyyət sarayı, idman kompleksi necə də gözəl görünür. Fikirləşirəm ki, mədəniyyət sarayının, idman zalının, doqquzmərtəbəli binanın  tikintisi başa çatdıqdan sonra şəhərimizin bu hissəsinin gözəlliyi daha da artacaqdır. Bir-birini tamamlayan binalar ansambıl təşkil edəcəkdir.

     Şəhərimizin qurub-yaradan əməkçiləri tikinti-abadlıq işlərini ildən-ilə sürətləndirirlər xəstəxana şəhərciyi, yeni çörək zavodu və s. tikilməkdə olan obyektlər istifadəyə verildikdən sonra şəhərimiz daha da gözəlləşəcəkdir.

     Bu gözəlliyi yaradanlar xoşbəxtdirlər, firavan həyat keçirirlər. Axşamlar beşmərtəbəli yaşayış binalarının pəncərələrindən küçələrə sanki nur axır. Yeni mənzillərdə sevinc, fərəh aşıb daşır.

     Bütün binaları hamısı böyük Lenin ideyalarının təntənəsidir. Şəhərimizin əməkçiləri Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 63-cü ildönümünü əsl bayram əhval ruhiyyəsi ilə qarşılayırlar.

M.Seyidov