Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
11 Yanvar , 2018

Bərdənin neçə yaşı var?

Bərdə Azərbaycanın ən qədim şəhərlərindəndir.Tarixçilərimiz onun yaşını təyin etməyə çalışmışlar. İndiyə kimi Bərdənin əsasının qoyulması V əsrə aid edilirdi. Ancaq son illər tarixi mənbələrdən məlum olmuşdur ki, Bərdənin tarixi çox qədimdir. Onun əsasın Makedoniyalı İsgəndərin dövründə (356-323-cü  il) qoyulmuşdur.

    XIV əsrin məşhur İran tarixçisi Həmdulla Qəzvini yazırdı  ki, Bərdə şəhəri Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə (336-323-cü il) salınmışdır.

     “ Coğrafi adlar” əsərinin müəllifi N.Nəbiyev göstərir ki, Bərdə şəhərinin əsası bizim eradan əvvəl dördüncü əsrdə qoyulmuşdur. Makedoniyalı İsgəndərin dövründə kəsilmiş və Bərdə ərazisində tapılmış pullar da bunu bir daha təsdiq edir.

     Aydın olur ki, dahi N.Gəncəvinin “İsgəndərnamə” əsərindəki surətlər, o cümlədən, Nuşabə tarixi şəxsiyyətdir. Poemada baş vermiş tarixi əhvalatlardan bəhs olunur. N.Gəncəvi  “Xosrov və Şirin” poemasında yazır ki, mən ancaq tarixi hadisələri qələmə almışam.

     Yuxarıda göstərilən tarixi məlumatlardan aydın olur ki, Bərdə şəhərinin 2300 ildən artıq yaşı vardır.

     Dünyanın ən qədim və gözəl şəhərlərindən biri olan Bərdə əsrlərdən bəri odlar diyarı Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin çiçəklənməsində mühüm rol oynamışdır.

N.Babayev. Biologiya elmləri namizədi.