Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
11 Yanvar , 2018

Bərdənin bu günü və sabahı

Bu gün günəşli respublikamızda Sovet  h a k i m i y y ə t i yaranmasının 61-ci ildönümü tamam olur. Bəli 61 ildir ki, doğma Azərbaycanda Oktyabr şəfəqləri nur saçır. Bu tarixən çox qısa bir dövrdür. Lakin respublikamızın, onun dilbər guşəsi olan Bərdənin həmin dövrdə keçdiyi böyük inkişaf yoluna əldə etdiyi siyasi-iqdisadi və sosial nailiyyətlərinə nəzər saldıqda haqlı olaraq iftixar hissi keçirirsən. Lenin bayrağı Kommunist Partiyasının rəhbərliyi altında, L.İ.Brejnev yoldaşın müdrik kəlamı ilə desək, iri addımlarla irəliləyən Azərbaycanın inkişaf sürətini qədim Bərdənin timsalından aydın görmək olar.

     Partiya və hökumətimizin xüsusilə Azərbaycan partiya təşkilatının atalıq qayğısı sayəsində Bərdədə kənd təsərrüfatının ayrı-ayrı sahələri xüsusilə respublikamızın şan-şöhrəti olan pambıqçılıq yüksək sürətlə inkişaf etmiş, rayon hələ 1979-cu ildə 85 min tondan çox  “ağ qızıl“ istehsal edərək pambıqçılıq rayonları arasında Ümumittifaq miqyasında birinci yerə çıxmış, bildir dövlətə 106 min ton “ağ qızıl “ verib rekord  göstəriciyə nail olmuşdur.

     Taxılçılıq, baramaçılıq və heyvandarlıq sahəsində də qazanılan nailiyyətlərdən həvəslə danışmaq olar. Rayon əməkçiləri pambıq istehsalını daha da artirmaq, on  birinci beşilliyin  birinci ilində dövlətə 110 min ton “ağ qızıl” satmaq uğrunda əzmlə mübarizə aparırlar.

     Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsinə partiyamızın göstərdiyi sonsuz qayğının təzahürlərinə yüzlərlə misal çəkmək olar. Vaxtilə V.İ.Lenin ölkədə 10 min traktor olmasını arzulayırdı. İndi cəsarətlə demək olar ki, təkcə bir rayonda –Bərdədə 10 mindən çox traktor digər müxtəlif müasir texnika vardır.

     Əməyin ölkəmizdə şan-şöhrət işi olduğuna təkcə rayonumuzun bəzi göstəriciləri  ilə cavab vermək olar. Sosialist Əməyi Qəhrəmanları Hümbət Əliyev, Həsən Hüseynov, Qulam Cavadov, Həsən Kərimov SSRİ Ali Sovetinin deputatı Tərlan Musayeva Azərbaycan SSR Ali Sovetinin deputatları Hüseyn Ağayev, Qənirə Paşayeva, Rəfiqə Mahmudova yüzlərlə Lenin Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı “Şərəf nişanı “ ordenli  briqadir, suçu, mexanizator, fəhlə, maldar inşaatçı yalnız öz halal əməkləri ilə bu ad-sana, hörmət-izzətə çatmışlar.

     Son vaxtlar şəhərimizə gələn qonqaların dilindən belə ifadələri tez-tez eşitmək olar : “Bərdəni gördüm tanımadım”. “ Bərdə inşaat meydanını xatırladır”. Bütün bunlar  təbii sözlərdir. Tarixi abidələri ilə qədim adını özündə saxlayan bu günkü Bərdə xüsusilə son illər tanınmaz dərəcədə dəyişilmiş, abadlaşmış və gözəlləşmişdir. İndi şəhərimiz öz  göydələnləri-beşmərtəbəli yaşayış binaları ilə daha gözəl görünür. Rayon partiya komitəsinin həyata keçirdiyi böyük təşkilatçılıq işinin parlaq nəticəsidir ki, şəhərimizdə onun kəndlərində böyük sürətlə və geniş həcmdə tikinti və abadlıq işləri aparılır. Bərdədə fəaliyyət göstərən onlarla tikinti-quraşdırma idarəsinin inşa etdiyi  ictimai və yaşayış binaları rayon əhalisinin və şəhərimizə gələn qonqaların sevincini qat-qat artırır. Öz sakinlərini h ə l ə bundan əvvəl qəbul edən 5 beşmərtəbəli yaşayış binası, maliyə-bank işçiləri üçün dördmərtəbəli inzibati bina ikimərtəbəli aptek binası, 1,176 yerlik orta məktəb binası, üçmərtəbəli təzə univermaq binası, 320 yerlik pioner düşərgəsi,yeni kolxoz bazarı, kitabxana binası, 1 milyon 11 min manat smeta dəyərində olan Böyük Vətən müharibəsində həlak olan bərdəlilərin xatirə ansamblı, şəhərimizin küçələrində aparılan yenidənqurma işləri Bərdə əməkçilərinə son illərin hədiyyəsidir. Hazırda 4 beşmərtəbəli, 1 doqquzmərtəbəli yaşayış binası gündə 45 ton istehsal gücünə malik olan çörək zavodu, 1,176 yerlik daha bir məktəb binası,130 çarpayılıq doğum evi, 5.000 yerlik idman kompleksi,yeni restoran binası və digər ictimai və yaşayış binalarının tikintisi sürətlə davam edir.

     Bütün bu tikinti və abadlıq işlərinin görülməsində respublika kənd tikinti nazirliyinin  rayonumuzdakı 4 nömrəli trestinin 4 və 45 nömrəli inşaat idarələrinin 32 və 25 nömrəli tikinti-quraşdırma idarələrinin, kolxozlararası tikinti idarəsinin, 4 və 6 nömrəli ixtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş dəstələrin, təmir-tikinti idarələrinin inşaat kollektivlərinin çox böyük əməyi vardır.

     Bərdədə sənaye obyektləri də az deyildir. Böyük bir kollektivi  birləşdirən tikiş fabriki xalçaçılıq fabriki, pambıqtəmizləmə zavodu, 2 dəmir-beton məmulatı zavodu, yağ-pendir kombinatı, yerli sənaye kombinatı və onlarla başqa sənaye müəssisələri rayonumuzun  xəritəsində yer tutur.

     Bəli, qədim Bərdə getdikcə gözəlləşir və çiçəklənir. Onun sabahı daha gözəl olacaqdır. On birinci beşilliyin birinci ilində inşaatçılarımız 23.475 min manatlıq əvəzinə 24.356 min manatlıq əvəzinə 24.356 min manatlıq tikinti işləri aparmağı öhdələrinə almışlar ki, bu da keçən il rayonda aparılan tikinti işlərindən 4.056 min manatlıq artıqdır. Inşaatçılarımız bu ilin birinci kvartalında 5.966 min manatlıq əvəzinə 7.156 min manatlıq tikinti işi aparmışlar ki, bu da tapşırığın 120 faiz yerinə yetirilməsi deməkdir.

     Sov.İKP XXVI qurultayının qərarlarını yerinə yetirmək uğrunda sosializm  yarışını genişləndirən rayon əməkçiləri istər kənd təsərrüfatı məhsulları istehsalı, istərsə də tikinti quruculuq və abadlıq işlərisahəsində görkəmli nailiyyətlər əldə etmək əzmilə çalışır, elbayramını yeni-yeni əmək qələbələrilə qarşılayırlar.    

Sahib Məmmədov.