Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
28 Dekabr , 2017
28 Dekabr 2017-ci il tarixdə Bərdə rayon 2 saylı şəhər kitabxana filialında “Xoş gəldin yeni il” adlı əyləncəli yeni il şənliyi keçirildi. Şənlikdə fəal oxucular iştirak edirdi.
     Tədbiri kitabxananın müdiri Xədicə Məmmədova açaraq, qeyd etdi ki, bildiyimiz kimi Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi tarixə düşdü. Bu o deməkdir ki, Azərbaycan respublikası bütün Azərbaycanlıların, harada yaşamasından asılı olm
ayaraq vətənidir. Bu gün vətənimizin müharibə şəraitində olması, müstəqillik tariximizin gənc olmasına baxmayaraq Dünya Azərbaycanlılarının mühüm anlarda bir araya gəlməsi cox vacib şərtlərdəndir.
     Yeni il şənliyi tədbir iştirakşılarının yaddaşına maraqlı sual cavablarla, müxtəlif mövzuda keçirilən viktarinalarla,rəqslərlə, şeir müsabiqəsi ilə yadda qaldı.
     Sonda oxucular kitabxanada təşkil edilmiş bu əyləncəli tədbirə görə kitabxana kollektivinə öz təşəkkürünü bildirdi.
Foto Qalereya