Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
27 Dekabr , 2017
27.12.2017-ci il tarixdə Bərdə rayon 52 saylı Alpoud kənd kitabxana filialı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə "Dünya azərbaycanlılarının birliyi xalqın birliyidir" adı altında bayram şənliyi təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Cəfərova Leyla açaraq qeyd etdi ki, 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik y
aratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. 
     Kitabxanaçı Aslanova Dürdanə yeni il bayramı münasibətilə hamını təbrik etdi. O qeyd etdi ki,Yeni il yenilik, təzəlik deməkdir. 2018-ci ili ilin hər günü Azərbaycan xalqının taleyinə qələbə müjdəli, zəfər qanadlı şad xəbərlər gətirsin. 
     Tədbirdə İlyaslı Əsmər, Əhmədli Allahverən,Xəlilzadə Nuray, Həsənli Arzu və başqaları çıxış edərək hər iki bayram haqqında ürək sözlərini dedilər və şeirlər söylədilər.
Foto Qalereya