Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
27 Dekabr , 2017
27.12.2017-ci il tarixdə Bərdə rayon 18 saylı Mollalı kənd kitabxana filialı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və birliyi günüdür" adı altında bayram şənliyi təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Qurbanova Qəndab açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi və hamını birliyə, dostluğa çağırdı. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıcıdır. Ulu öndər Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin həmrəyliyin banisi idi. Hazırda Prezident İlham Əliyev də ulu öndərin bu işini uğurla davam etdirir. 
     Kitabxanaçı Qafarova Nüşabə Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və uğurlar arzuladı.
     Sonra məktəblilər şeirlər söylədilər, mahnı oxudular.
Foto Qalereya