Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
30 Noyabr , 2017
30 noyabr 2017 ci il tarixdə Bərdə rayon 2 saylı şəhər kitabxana filialında diyarşünaslığa həsr edilmiş “Bizim Bərdə” adlı sərgi-söhbət təşkil edildi. Sərgidə əsasən qədim və müasir Bərdə haqqında, Bərdənin tarixindən bəhs edən əsərlər sərgidə əsas yer tutmuşdur. Burada Bərdəli yazarların əsərləri də nümayiş olunurdu. Sərgiyə baxanlar Bərdə yazarların əsərləri ilə tanış oldular və bu onların xüsusi marağına səbəb oldu. Çünki, bu kitablar elə də böyük tirajla çap olunmur, əksəriyyəti evlərdə qalır. Biz bunları toplayaraq fondumuza daxil edirik. 
     Sərginin təşkilində əsas məqsəd Bərdənin qədim tarixə malik olması, onun məşhur elm adamları, yazıçıları və şairləri haqqında oxucuları ətraflı məlumatlandırmaqdır. Bu günkü Bərdə nəinki keçmişdə bu gün də inkişaf etmiş və gələcəyi parlaq olacaq bir diyardır. Əhalisi zəhmətkeş, işgüzar, yaradıcı olmaqla yanaşı, həm də respublikada tanınmış bir çox elm adamları ilə də məşhurdur.
Foto Qalereya