Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
29 Noyabr , 2017

Bərdə haqqında qiymətli əl yazmaları.

     Bu yaxınlarda tarixçilərimiz İngiltərə muzeyindən fars dilində olan “Əfsələt  tavarix “əsərinin mikrofilmini almışlar. Bu əsərin müəllifi Fəzli İsfahanidir. O, uşaqlıq və gənclik dövrlərini Qarabağda keçirmiş, Bərdə və Arran hakimi Peykər xanın xidmətində işləmişdir. Fəzli İsfahani Bərdə və Arran haqqında olan bu əsəri 1617-ci ildə yazmağa başlamışdır.

     Tariximizdən bəhs edən həmin əsərin yeganə nüsxəsi İngiltərə (Britaniya) muzeyində mühafizə olunur.

     I Şah Təhmasibin (1524-1576) hakimiyyəti dövründən bəhs edən həmin əsər  Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətlidir. Fəzli İsfahani yazır ki, 1549 –cu ildə Bərdə şəhəri yenidən bərpa olunur. Şəhərdə xeyli karvansara, bazar, hamam tikilir və bağ salınır...

     Əlyazmada Gəncə, Şamaxı, Ağdam, Qəbələ və s yerlər haqqında da məlumat verilir.

Nəriman Babayev, Azərbaycan Tarixi və Mədəniyyəti Abidələri Könüllü yardım cəmiyyəti Bərdə rayon şöbəsinin sədri, biologiya elmləri namizədi.