Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
24 Noyabr , 2017

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada kitabxanaya yeni daxil olunmuş ədəbiyyatların təbliği məqsədi ilə 24 noyabr 2017-ci il tarixində yeni kitabların təqdimatı keçirildi.
     Təqdimatda rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak edirdi.

     Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova bildirib ki,: - Son dövrdə kitabxanalarımıza həm klassik, həm müasir dövr yazıçılarının və şairlərinin əsərlərinin alınması kitabxanaya gələn oxucuların tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Həmin kitabların oxuculara çatdırılması üçün mütamadi olaraq təqdimat mərasimlərinin keçirilməsi diqqət mərkəzindədir. Xarici müəliflərin müxtəlif mövzularda yazılmış əsərləri dilimizə tərcümə edilərək kitabxanalara verilməsi təqdirəlayiqdir. Xüsusilə bədii əsərlərin dilimizə tərcümə edilməsi çox böyük inkişafdır. Mütaliə insana yaxşı danışma və anlama bacarığı verir. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Kitabxana əməkdaşlarının əsas məqsədi rayon sakinlərinin kitabxanalara olan marağını artırmaq və kitab sevərlərin sərbəst şəkildə mütaliə etmələrinə şərat yaratmaqdır. Fəal oxuculardan Nəsibə Kərimova, Tərlam Əliyeva, Mustafayeva Gülşən, Hümbətov Sərxan və başqları bildirdilər ki kitab təqdimatları bizə kitabxanaya daxil olan kitablar haqqında qısa məlumat əldə etməyə imkan verir və biz oxucular oxuduğumuz kitablar haqqında bir-birimizlə fikir mübadiləsi etməyimizə şərait yaradır.
     Sonra oxucular kitab təqdimatı məqsədi ilə təşkil edilmiş sərgi ilə tanış oldular.

Foto Qalereya