Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
15 Noyabr , 2017

15.11.2017-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsində 6 saylı Uşaq bağçası körpələr evinin uşaqlarına dahi şairimiz Nizami Gəncəvinin ”İlin fəsilləri” adlı əsərinin ucadan oxusu keçirildi.
     Uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova tədbir iştirakçılarını salamladı. Sonra dahi şair N.Gəncəvi haqqında uşaqlara məlumat verdi.
     Kitabxanaçı M.Abbasova N.Gəncəvinin “İlin fəsilləri ” əsərini oxudu. Uşaqlar diqqətlə dinlədilər. Əsərdə ilin fəsilləri haqqında söhbət açılmışdır. Hansı fəsildə nələr baş verir, hansı fəsil daha yaxşıdır və ş. Bu kimi suallara uşaqlar müxtəlif cavablar verdilər. Aylin yay fəslini çox sevdiyini, Fərid qış fəslini çox sevdiyini, Lalə yaz fəslini daha çox sevdiyini söylədi. Fərid və bir neçə uşaq qış fəslini qartopu oynamağı xöşladığını və qarın da qış fəslində yağdığını, Aylin isə gəzməyi sevdiyini və atası onları yayda gəzməyə apardığını dedi. Lalə söylədi ki, yaz fəslində hər tərəf gül-çiçəyə bürünür .Bu mənim çox xoşuma gəlir. Tapdıq isə payız fəslini söylədi. O, meyvələrdən narı, üzümü xoşladığı üçün payız fəslini sevir. Ümumilikdə uşaqların fəsillər haqqında müəyyən bilikləri olduğu məlum oldu.
     Uşaqlardan Şəbnəm, Sadiq, Əli və başqaları fəsillərə həsr edilmiş şerlər söylədilər.
    Kitabxanaçı uşaqları kitabxana ilə tanış etdi. Uşaqlar bu qədər kitabı bir yerdə gördükləri onların marağına səbəb oldu. Sevinc həyacanlanaraq: - mən tez böyüyüb kitabları özüm oxuyacağam –dedi.
     Bütün bu tədbirlərin keçirilməsində məqsəd uşaqları hələ kiçik yaşlarından kitabxanaya, mütaliəyə cəlb etməkdir.

Foto Qalereya