Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
14 Noyabr , 2017

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana tez- tez şəhid ailələrinə, təqaüdçülərə, fiziki imkanları məhdud olanlara, xəstəxanada müalicə olunanlara səyyar kitabxana xidməti göstərir.

     Bu məqsədlə 14 noyabr 2017- ci il tarixdə kitabxana işçiləri rayon xəstəxanasında oldu. Xəstəxanada müalicə alanlara müxtəlif mövzularda yazılmış bədii ədəbiyyatla yanaşı sağlam həyat tərzi keçirmək üçün nələrə riayət etmək lazım olduğu barədə çap edilmiş məlumat xarakterli ədəbiyyat və məlumat bülletenləri təqdim edildi. Müalicə olunanlar onlara göstərdikləri diqqət və qayğıya görə kitabxana işçilərinə təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, burada vaxt uzun keçir. Kitab oxumaqla müəyyən məlumatlarla tanış olmaq bizi özümüzdən ayırır və bizim həyata bağlanmağımıza əvəzedilməz təsir göstərir.

     Sonra onlar maraqlandıqları ədəbiyyatları sifariş verdilər.

Foto Qalereya