Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
8 Noyabr , 2017

08.11.2017-ci il tarixdə Bərdə rayon Kolayır kənd kitabxana filialı 9 noyabr Bayraq günü münasibətilə "Üç rəngli bayrağımız" adı altında ədəbi-bədii kompazisiya təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Əliyeva Elza bayrağın yaranma tarixi haqqında məruzə etdi. O qeyd etdi ki,1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilmişdi.
     Sonra məktəblilər bayrağa həsr edilmiş kompazisiya ilə çıxış etdilər.

Foto Qalereya