Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
8 Noyabr , 2017

08.11.2017-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd kitabxana filialı 9 noyabr Bayraq günü münasibətilə "Müstəqil dövlətin bayrağı" adı altında ədəbi-bədii kompazisiya təşkil etmişdir.
     Tədbiri kitabxananın müdiri Əliyeva Minarə bayrağın yaranma tarixi haqqında məruzə etdi. O qeyd etdi ki, bayraq bir ölkənin təşkilatı, quruluşu və ya birliyi işarəsidir. Parçadan olan bu dövlət rəmzi müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılır. 
     Fəal oxucu İsmayılova Aytəkin çıxış edərək qeyd etdi ki, bayrağımız üzərində olan üç rəng- türkçülük, islamçılıq, müasirlik rəmzidir. Bayrağın üzərində üç rəngli zolaq və ay -ulduz vardır. Bu düsturun müəllifi Azərbaycanın ziyalı oğlu Əli Bəy Hüseynzadədir.
     Sonra məktəblilər bayrağa həsr edilmiş kompazisiya ilə çıxış etdilər.

Foto Qalereya