Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Sentyabr , 2017

Gözəlliyin qədrini bilək

     Bərdə nə gözəldir,necə qəşəngdir,

     Yazı da qışı, da güldür çiçəkdir.

                                                 Nizami Gəncəvi.

     Bərdənin gözəlliyini  vəsf eyləyən dahi şarimiz heç də yanılmamışdı. Bərdənin bu günü keçmişindən qat-qat gözəldir. Bu gözəllik  günü-gündən daha da artır. Tərtər çayının kənarında salınmış xiyabanlar, təzə tikilən beşmərtəbəli binalar öz əzəmətli  görkəmi ilə sanki  bu gözəlliyi tamamlayır. Hələ son zamanlar salınan asfalt döşəmələr, şəhərimizin gecəsini də gündüzü  kimi işıqlı edən yollar boyu çəkilmiş iliç lampalarını demirəm.

     Əlbəttdə, bunların hamısı partiya və hökumətimizin atalıq qayğısının parlaq təzahürüdür.

     Son zamanlar şəhərimizdə xeyli abadlıq işləri görülmüşdür. Nizami küçəsinə başdan-başa yaraşıqlı daşlar döşənmiş, səkinin kənarlarında isə xeyli bəzək ağacları əkilmişdir.

     Zəhmət adamlarının  fədakar əməyi, qocaman Bərdənin füsünkar təbiətini şəhərimizə gələn qonaqları heyran edir, onlarda gözəl təəssürat oyadır.

     Çox təəssüf ki, hələ də bu gözəlliyin qədrini bilməyənlər tapılır. Bir də görürsən ki, cavan bir ağacın budağı qırılıb, yaxud bəzək kollarını kökündən çıxarıb aparıblar. Gecə küçələrə nur çiləyən elektrik  lampaları dəcəl bir uşağın nadincliyi üzündən sıradan çıxarılmışdır. Kölgəliklərdə istirahət üçün qoyulmuş skamyalar sındırılır, su kranları və su hovuzları bərbad vəziyyətə salınır.

     Şəhər təsərrüfatlarını, yaşıllıqları qorumaq hər bir vətəndaşın borcudur. Bütün ailələrdə uşaqları bu ruhda tərbiyə etməli, onların pis hərəkətlərinə qarşı heç kəs laqeyd olmamalıdır. Gənc nəsildə vətənpərvərlik hissi oyatmalı, onlara estetik zövq aşılamaq lazımdır.

     Şəhərimizdəki su arxları da yaxşı vəziyyətdə deyildir. Tez-tez təmizlənməsinə baxmayaraq arxların içərisi həmişə çirkabla dolu olur. Bunun da günahı arxların kənarında yaşayan ailələrdədir. Onlar unutmuşlar ki, tullantı əşyaların yığılıb qalmasına, küçəyə, su arxlarına atılmasına yol vermək olmaz. Hər bir ailə öz evinin xarici görünüşünün qəşəng, küçələrin təmiz olmasına diqqət yetirməli, yaşıllaşdırma və abadlıq  ışlərində fəal iştirak etməlidir.

     Ticarətdə, ictimai iaşədə, məişət və səhiyyə xidmətlərində, bir sözlə mədəni xidmətin bütün sahələrində yüksək mədəniyyət, təvazökarlıq, qayğıkeşlik olmalıdır. Hansı sahədə olursa olsun nöqsanlara göz yumulmamalıdır.

     Gəlin, biz şəhərimiz üçün irad  tutulan hər cür qüsurları aradan qaldırmaqda öz bacarığımızı əsirgəməyək. Yüksək səliqəmizlə, gözəl davranışımızla hamıya nümunə sayılaq. Qədim Bərdənin bu günkü gözəlliyini həmişə qoruyaq.

 C.Ağacanov, şəhər savetinin sədri.