Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
30 Dekabr , 2016

30.12.2016-cı il tarixdə 7 saylı Mehdixanlı kənd kitabxana filialı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə “Yeni il gülə-gülə” adı altında bayram şənliyi təşkil etmişdir.

     Tədbiri kitabxananın müdiri Qarayeva Tamella açaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Onlara yeni ildə yeni uğurlar arzuladı.

     Sonra kitabxanaçı Məmmədova Səfayə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş məruzə ilə çıxış edərək söylədi ki, dünyanın hər bir yerində azərbaycanlı yaşayır. Hər bir azərbaycanlı Azərbaycanın inkişafı üçün, müstəqilliyi üçün çalışsa onda bütün azərbaycanlılar birgə olar.

     Sonra  məktəblilər yeni ilə, şaxta babaya, Azərbaycana həsr edilmiş şeirlər söylədilər, mahnılar oxudular.

Foto Qalereya