Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
22 Oktyabr , 2016

Bərdənin daha bir kəndinə təbii qaz verilib 

Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Bildirilmişdir ki, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, hazırda rayonun daha 3 kəndində-Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir. 

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.