Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
27 Sentyabr , 2016
Bərdə rayonunda referendum beynəlxalq standartlara uyğun keçirilib

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendum yüksək seçici fəallığı ilə müşayiət olunub. Ölkəmizin hər yerində vətəndaşlar aktiv şəkildə ümumxalq səsverməsində iştirak ediblər. 
Bu baxımdan, Bərdə rayonunda da referendum uğurla keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın verdiyi məlumata görə, rayonda ümumilikdə 89 min 886 seçici var. Rayon ərazisində iki seçki dairəsi fəaliyyət göstərir. Belə ki, 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə 50 məntəqə, 44665 seçici, 94 saylı Bərdə kənd Seçki Dairəsi üzrə isə 54 məntəqə və 45221 seçici var.
F.Şadlinskaya deyib ki, partiya tərəfindən hər məntəqə üzrə 1 müşahidəçi təyin olunub: “Müşahidəçilərdən aldığımız məlumata görə, səsvermənin gedişi zamanı qanun pozuntuları qeydə alınmayıb, ümumxalq səsverməsi yüksək səviyyədə keçirilib. Bərdə seçiciləri referendumda aktiv iştirak ediblər. Bu da vətəndaşların Konstitusiya islahatlarına yüksək dəyər verməsinin göstəricisidir”.